Ermənilərin ənənvi təxribat siyasəti puça çıxdı

Beynəlxalq təşkilatlar yenə də öz ampulasında

İki gündür ki, bütün beynəlxalq təşkilatlar, eləcə də dünya siyasətini müəyyyən edən aparıcı dövlətlər yer qoymağa can tapa bilmirlər. Ardı-arası kəsilməyən bəyənatlar, çağırışılar, müraciətlər, nə bilim daha nələr... Səbəb isə odur ki, Azərbaycan 20 ildən artıq işğalçı Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazisində düşmən təxribatının qarşısını almaq məqsədilə əks tədbirlər həyata keçirib. İndi beynəlxalq qurumlar özlərini elə qələmə verməyə şalışırlar ki, guya bunlar illərini Ernəmistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr ediblər. Ancaq məsələ orasındadır ki, bu bəyənatlar Dağlıq Qarabağ probleminin mahiyyətini, bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu daha dərindən bilən qurumlar və dövlətlər tərəfindən səsləndirilir. Xüsusən, münaqişənin sülh yolu ilə həlli məqsədilə vasitçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu və ona sədrlik edən ölkələrin mövqeyi anlaşılmazdır. Nədən, Minsk qrupu bu vaxta qədər Azərbaycanın Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulması barədə çağırışına, hətta öz monitorinq qrupunun cəbyə xəttinə səfəri zamanı müşahidə olunan atəş səslərinə biganə qaldığı halda, ermənilərin hucumları dəf olunduqda dərhal müraciət edir. Vəziyyət o həddə çatıb ki, BMT-nin Humanitar işlər komissiyası baş verənlərlə bağlı xüsusi hesabat hazırlayıb. Hesabata deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin intensivləşməsi nəticəsində 2-3 aprel tarixlərində ən azı 33 nəfər ölüb, 200-dən çox insan zərər çəkib. "Azərbaycan və Ermənistanın rəsmi mənbələri 30 hərbçi və 3 dinc sakinin öldüyü barədə məlumat verib. Rəsmi olaraq yaralanan hərbçilərin və mülki vətəndaşların sayı hələlik təsdiqlənməyib. Lakin qeyri-rəsmi mənbələrə görə, bu, 200 nəfərə yaxındır". Deməli, istənilən vəziyyətdə beynəlxalq təşkilatlar öz maraqlarını güsürlər. Təsəvvür edin ki, 1994-cü ildən bəri Ermənistan tərəfindən atəşkəs rejimi mütəmadi olaraq pozulur, xüsusən əlamətdar günlərdə, eləcə də Azərbaycanla bağlı əhəmiyyətli məqamlarda ermənilər təxribat törədir, lakin beynəlxalq qurumlar susur. Ancaq Azərbaycan öz suveren hüquqlarından istifadə edərək ərazi bütövlüyünün təmin olunması istiqamətində hər hansı addım atan kimi beynəlxalq ictimaiyyət hərəkətə keçir. Azərbaycana qarşı uzun illərdən bəri sərgilənən ikili standartlara baxmayaraq, qətiyyətlə demək olar ki, ordumuzun rəşadıtli qələbəsi Ermənistanla yanaşı, beynəlxalq təşkilatlar üçün də bir dərs oldu. Nəhayət beynəlxlaq aləm dərk etməlidir ki, münqaişənin sülh yolu ilə nizama salınması mümkün olmadığı hada Azərbaycan işğal edilmiş torpaqlarını hərbi qolla almaq hüququnu özündə saxlayır. Baxmayaraq ki, ermənilər cəbhə xəttində törətdikləri ənənvi təxribat siyasətini Azərbaycana qarşı yönəltmək və ölkəmizin beynəlxaqlq imicinə ziyan vurmaq xəttini tutublar. Millət vəkili Azər Badamov bildirib ki, düşmən təxribata əl ataraq mövqələrimizə müdaxilə etmək istəyiblər, amma ordumuz təxribatın qabağını layiqincə alıb, sarsıdıcı zərbələr endirməklə ölkəmiz üçün vacib bir neçə strateji nöqtəni düşməndən azad edib. Bu, bizim qələbəmizdir: "Düşmən böyük texnika və canlı itki verib. Ordumuzun cavabı o qədər güclü olub ki, nənki Qarabagdakı, hətta, Ermənistandakı ermənilər də təlaş içindədirlər. Hətta, Ermənistanın Təhlükəsizlik Şurasında Sarkisyanın və başqalarının halından da bunu görmək olurdu. Çünki onlar Azərbaycan ordusunun gücünü gördülər. Cənab Prezidentin də qeyd etdiyi kimi "biz öz torpağmızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun". Xalqımızın əhval- ruhiyyəsi də çox yüksəkdir. Hamı Ali Baş Komandanın əmrini gözləyir. Lazım gələrsə ordumuz nəinki Qarabağ torpalarımızı, hətta, öz tarixi torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Biz istəyirik ki, torpaqlarımız sülh yolu ilə işğaldan azad olunsun. Cənab Prezidentin də qeyd etdiyi kimi "biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsun. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analararının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik". Millət vəkili belə düşünür ki, gec-tez öz gücümüzü göstərməli olacağıq. Yəni, belə vəziyyət həmişlik davam edə bilməz: "Dünyanın aparıcı ölkələri beynəlxalq hüquq normaları çərçivəsində haqq-ədalətin bərpasına yönəlik addımlar atmalıdır. Azərbaycan həmişə beynəlxalq münasibətlərə, beynəlxalq normalara hörmətlə yanaşır. Əks halda Azərbaycan ordusu öz gücünü səfərbər etməli olacaq və torpaqlar işğaldan azad ediləcək. Bir çox dövət başçılarının cənab Prezidentə telefon edərək dəstək verməsi də bizim haqq yolda olduğumuzun, ölkəmizin dünya üçün vacib dost və strateji tərəfdaş olduğunun göstəricisidir. Çox təəsüf ki, şəhidlərimiz də oldu. Torpaq, uğrunda ölən varsa vətəndir, deyiblər. Allahdan bütün şəhidlərimizə rəhmət, xalqımıza da səbr diləyirəm. Vaxt gələcək bayrağmız Xankəndidə, Şuşada və işğal altındakı torpaqlarımızda dalğalanacaq və şəhidlərimizin ruhu şad olacaq". Mİllət vəkili Sona Əliyeva bildirib ki, təmas xəttində baş verənlər erməni tərəfinin işğalçı siyasətinin, məkrli münasibətinin növbəti təzahürüdür. Buna baxmayaraq təmas xəttində baş verən gərginlik bütün dünyanın diqqət mərkəzindədir: "Cəbhədə baş verən təxribatın Milli Ordumuz tərəfindən nəinki qarşısı alındı, bizim işğal altında olan bir neçə strateji əhəmiyyətli əarzilərimiz geri qaytarıldı. Bu ədalətin bərpasının kiçik bir hissəsidir. Baxmayaraq ki, hərbiçilərimiz və mülki vətəndaşlarımız şəhid olub, ölkədə ruh yüksəkliyi yüksək səviyyədədir. Bu onu göstərir ki, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü məsələsi gündəmə gəlirsə, birmənalı şəkildə hamı səfərbərliyə hazırdır. Yerlərdən gələn xəbərlər də bunu təsdiqləyir, bir çox rayonlarda mülki vətəndaşlar könüllü döyüşlərə getməklə bağlı müraciətlər ediblər. Təxribatlara layiqincə cavab verən Milli Ordumzun şücaəti bir daha onu göstərir ki, ölkəmizdə ordu quruculuğu yüksək səviyyədədir və Azərbaycan əsgəri hər dəqiqiə öz ata baba yurdunu, tarixi torpaqlarını işğaldan azad etməyə hazırdır. Baş verən hadisələrə münasibət Azərbaycan xalqının milli mübarizliyini, qətiyyətini və illər keçməsinə baxmayaraq bu münaqişənin həll olunmaması ilə birmənalı barışmazlığını , işğal altında olan torpaqların azad olunmasının hər bir vətəndaş üçün həyati önəm daşıdığını bir daha ortaya çıxardı. Ordumuzun şücaəti həm mənfur düşmənlərə, həm də dünyaya bir mesajdır. Artıq Qarabağ məsələsi həll olunmalıdır. Cənab Prezident də Təhlükəsizlik Şurasının iclasındakı son çıxışında bir daha vurğuladı ki, Ermənistan tərəfi qeyri konstruktiv mövqe sərgiləyir və sülh istəmir. Beynəlxalq təsisatlar tərəfindən edilən bəyənatlara məhəl qoymur: "Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq". S. Əliyeva sonra bildirib ki, Ali Baş Komandanın bu ifadələri ölkəmizin qətiyyətli mövqeyini sərgiləməklə yanaşı, Azərbaycan ordusuna olan güvən və əminliyi ehtiva edir: "Hər birimiz cənab Prezidentin rəhbərliyi altında haqq mübarizəsinə hazırıq və inanıram ki, ədalət yerini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31