VİP-dən müxalifətə çağırış

Siyasi fəaliyyət müharibə dövrünə uyğunlaşdırılsın

Vətəndaş və İnkişaf Partityası (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki,  iclasda Azərbaycan-Ermənistan cəbhə xəttində yaranmış vəziyyət və VİP-in mövcud vəziyyətə münasibəti ifadə olunub. VİP sədri çıxışında bildirib ki, cəbhədə gərginliyin artması Azərbaycan prezidentinin ABŞ-a səfəri və əldə olunmuş mühüm razılaşmalardan həmən sonraya təsadüf etməsinin sıradan hal deyil. Əli Əliyev əlavə edib ki, bütün hallarda nəzərə alınmalı olan əsas məqam Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti nümayiş etdirərək, düşməni geri oturtması və işğal altındakı bir sıra əraziləri azad etməsidir. VİP sədri qeyd edib ki, ölkə üçün belə mühüm bir ərəfədə siyasi müxalifət öz fəaliyyətində müəyyən tənzimləmələr aparmalı, siyasi rəqabət amilini arxa plana keçirərək, ümummilli həmrəyliyə əsaslanan mövqe nümayiş etdirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31