Bosniya və Herseqovinanın sabiq Baş nazirindən Azərbaycana dəstək ifadə olunub

Bosniya və Herseqovinanın "Müştərək cəmiyyətlər və dəyərlər" Fondunun rəsmi tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub. Belə ki, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində "Biz sizinləyik" yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Bosniya və  Herseqovinanın "Müştərək cəmiyyətlər və dəyərlər" Fondu 2014-cü ildə Sarayevoda Bosniya Herseqovinan sabiq Baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır. Bosniya və Herseqovinan sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü  Zlatko Lagumdzija cari ildə 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31