Deputat: “Dövlətimiz, prezidentimiz və ordumuzla qürur hissləri keçirirəm”
4 Aprel 2016 13:04 Siyasət"İşğalçı Ermənistan üzərində qələbəmiz uzaqda deyil". Bunu millət vəkili Fəzail Ağamalı dilə gətirib. Bildirib ki, dövlətimizlə, prezidentimizlə və ordumuzla qürur hissləri keçirirəm: "Azərbaycan dövləti, Azərbaycan Ordusu tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi yolunda olduqca əhəmiyyətli addımlar atıldı. Şəhid verdik. Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm. Əminəm ki, işğalçı Ermənistan üzərində qələbəmiz uzaqda deyil. Var olsun, bütün qələbələrimizin təminatçısı olan xalqla Prezidentimizin birliyi!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31