BAXCP-də istefa
4 Aprel 2016 13:00 SiyasətBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa olub. "OLAYLAR"-ın xəbərinə görə, partiyanın Ali Məclisinin sədri Teyyub Qənioğlu BAXCP-dən istefa verib. O, facebook statusunda istefasının səbəblərini belə izah edib: "Ölkəmizdə mövcud sosial-iqtisadi problemlər, onların meydana gəlməsinin səbəbləri və aradan qaldırılması yolları barədə şəxsi mövqeyimlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ümumi mövqeyi arasında son zamanlar meydana çıxan fikir ayrılığını nəzərə alaraq BAXCP Ali Məclisinin sədri və BAXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm. BAXCP-na öz fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Eyni zamanda, Azərbaycanın bütövlüyü, dövlətimizin və xalqımızın mənafeyi uğrunda mübarizədə mövqeyindən asılı olmayaraq ökəmizdə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən BAXCP ilə, əməkdaşlıq etməyə hazır olduğumu bildirirəm".