Azərbaycan Qaçqınlar cəmiyyətinin Bəyanatı
4 Aprel 2016 12:50 SiyasətAzərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri bu işğalı genişləndirmək məqsədilə növbəti dəfə təxribata əl atmış, atəşkəsi pozaraq, şəhər və kəndlərimizə hücum etmişdir. Qəhrəman Azərbaycan ordusu düşmənə lazımi cavab vermiş, düşmən bir sıra vacib hərbi mövqelərdən geri oturdulmuşdur.
Lakin təssüf ki, Azərbaycan ərazilərinin işğal faktına illərdir barmaqarası baxan, bununla da işğalçı Ermənistanın bu işğalı uzun illər sürdürməsinə kömək edən beynəlxalq təşkilatlar - BMT, Avropa Birliyi, ATƏT, Minsk qrupu dərhal hərəkətə keçmiş, "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" deyərək, tərəfləri atəşkəsi davam etdirməyə çağırmışlar. Bu, əslində, işğalçı Ermənistanı qorumağa, Azərbaycanı təslimçiliyə, ərazilərinin işğalı ilə barışmağa çağırışdır və Qərbin riyakar ikili standartlarının növbəti təzahürüdür.
Biz - 1988-ci ildə ermənilər tərəfindən Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki tarixi Vətənindən vəhşicəsinə qovulmuş 500 min nəfərə yaxın qaçqın Qərbin bu ədalətsiz və ermənipərəst siyasətini qətiyyətlə pisləyir, Azərbaycan Prezidentini isə ermənilər tərəfindən başlanmış bu müharibəni dayandırmamağa, işğal altındakı torpaqlarımız tam azad olununa qədər davam etdirməyə çağırırıq. Biz Qərbi Azərbaycan qaçqınları, Birinci Qarabağ müharibəsində olduğu kimi, indi də Ali Baş Komandanın çağırışı ilə silaha sarılmağa, üçrəngli Azərbaycan bayrağını Xankəndidə, İrəvanda dalğalandırmağa hazırıq!