Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrliyi institutundan imtina etməlidir
4 Aprel 2016 11:51 SiyasətAzərbaycan ATƏT-in Minsk Qrupu həmsədrliyi institutundan imtina etməlidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən BAXCP rəsmisi Teyyub Qənioğlu bildirib ki, öz havadarlarına arxayın olan erməni faşistləri növbəti dəfə xaincəsinə atəşkəsi pozub, dinc əhalimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub: "Dinc sakinlər və əskərlərimiz arasında həlak olanların və yaralananların olduğu bildirilir. Həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edirəm. Düşmənə layiqli cavab verdiklərinə görə rəşadətli Silahlı Quvvələrimizə, igid əsgər və zabitlərimizə təşəkkür edirəm". Partiya rəsmisinin sözlərinə görə, hadisələrin gedişi göstərir ki, başda ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla erməni təəsübkeşləri Azərbaycanın cəbhədəki son uğurlarından narahat olub, erməniləri müdafiə etmək üçün hərəkətə keçiblər:
"Onlar hətta aprelin 5-də Vyanada ATƏT-in Minsk qrupuna üzv olan 11 ölkənin iştirakı ilə toplantı keçirəcəklərini bəyan ediblər. Hesab edirəm ki, bu toplantıdan istifadə edərək Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin ermənipərəst mövqelərini ifşa etmək üçün istifadə etməli, yarandığı müddətdən indiyədək münaqişənin beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin qarşısını aldırlarını əsas gətirərək ondan imtina etməlidir. Azərbaycan Ermənistanın havadarlarının təzyiqindən çəkinməməli, torpaqlarının bundan sonra da işğal altında qalması ilə barışmayacağını, ermənilərin növbəti təcavüzünə daha da şiddətli cavab veriləcəyini bəyan etməli, münaqişənin həll edilməsi prosesinə ATƏT-in Minsk qrupuna üzv olan 11 ölkənin tam tərkibdə cəlb edilməsini tələb etməlidir".