Dağlıq Qarabağ: BQXK neytral vasitəçi olamağa hazırdır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Dağlıq Qarabağ münaqişəsinin təmas xətti boyu baş verən döyüşlərin 2 aprel 2016-cı il tarıxdə gərginləşən humanitar təsirlərindən narahatdır. Tərəflərin verdiyi məlumatlara görə zərər çəkənlər arasında mülki şəxslər də var. "Biz son gərginliyin təsir etdiklərinə yardım və dəstək göstərməyə, həmçinin tərəflər arasında neytral vasitəçi olmağa hazırıq," BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial deyib. "Bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına riayət etmək barədə öhdəlikləri var. Bu qaydalara görə, tərəflər mülki şəxslərin həyatının və mülki infrastrukturun müdafiəsini təmin etməlidirlər," deyə o, əlavə edib. BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Bakı və Yerevandakı nümayəndəlikləri və həmçinin Dağlıq Qarabağdakı missiyasının vasitəsilə BQXK, təmas xətti və Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu yaşayan icmalara dəstək verir. Bundan əlavə, BQXK, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yardımçı olur və onların ailələrinə dəstək verir, saxlanılan şəxslərə baş çəkir və münaqişə tərəflərin azad etdiyi insanların geri qaytarilmasında neytral vasitəçi qismində iştirak edir.
Daha ətraflı məlumat əldə etmək üçün müraciət edin:
Ilahə Hüseynova, BQXK Bakı, tel: +99450 316 00 24
Zara Amatuni, BQXK Yerevan, tel: +374 99 011 360
Eteri Musayelyan, BQXK DQ missiyası, tel: +374 97 29 80 85
Cenifer Tobias, BQXK, Cenevrə, tel: +41 22 730 25 02 və ya +41 79 536 92 48 və ya veb-saytımıza daxil olun: www.icrc.org
BQXK-nın son videosunu izləmək və yükləmək üçün bu keçidə daxil olun: www.icrcvideonewsroom.org
Səhiyyə işçilərinə və pasientlərə qarşı edilən hücumlara son qoymaq üçün BQXK-nın gördüyü tədbirlər haqqında öyrənmək üçün bu keçidə daxil olun www.healthcareindanger.org
BQXK-nı facebook.com/icrc və twitter.com/icrc sosial şəbəkələrində izləyin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31