Azərbaycan MN: Heç bir mövqe itirilməyib

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı  açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: "Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31