Əhməd Davudoğlu Azərbaycan hərbiçilərinin həlak olması ilə bağlı başsağlığı verib
3 Aprel 2016 06:44 SiyasətTürkiyənin Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31