“Azərbaycan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməklə...”
“Dünya üçün təhlükəyə çevrilən sahələrin neytrallaşdrılması üçün fəaliyyətə hazır olduğunu göstərir”
1 Aprel 2016 14:45 SiyasətArtıq bir neçə gündür ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ştatlarda rəsmi səfərdədir. Səfərin məqsədi Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək olsa da, lakin səfər çərçivəsində Azərbaycan dövlət başçısı bir sıra rəsmi görüşlər də keçirib. Xüsusilə, bu sırada Birləşmiş Ştatlar prezidenti Barak Obama, dövlət katibi Con Kerri və digər amerikalı rəsmilərlə keçirilən görüşləri xüsusi qeyd etmək olar. Həm keçirilən görüşlər, həm də IV Nüvə Təhlükəsizliyi Sammitində ölkəmizin təmsil olunması mühüm əhəmiyyət kəsb edən hadisələr kimi dəyərləndirilməlidir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədirlər. Ekspertlər dünya dövlətlərinin nüvə təhlükəsi kimi bir məsələdə müzakirələr aparmasını təqdir edir və müzakirələr əsasında real nəticənin əldə olunmasını arzulayırlar.
Ədalət Partiyasının Ali Məclisinin sədri
"Dünya üçün təhlükəyə çevrilən sahələrin neytrallaşdrılması üçün fəaliyyətə hazır olduğunu göstərir" deyir ki, IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin keçirilməsi təqdir edilməli və dünya ölkələrinin liderləri və xalqları tərəfindən müdafiə olunmalıdır. Onun sözlərinə görə, bu hazırda dövlətlərin nüvə silahına yiyələnmələri uğrunda apardıqları çoxsaylı cəhdlərin, daha doğrusu yarışın qarşısının alınması baxımından da vacibdir: "Hamımızın birgə yaşadığı planetimizin təhlükəsizliyinin qorunması üçün geniş miqyaslı işlərin aparılması olduqca vacibdir. Bu beynəlxalq sammitin bir növ çəkindirmə funksiyası yerinə yetirəcəyini düşünürəm. Sammitdə nüvə silahı əldə etmək istəyənlərə mesaj veriləcək ki, bu niyyətlərindən əl çəksinlər, yoxsa onlara qarşı dünya birliyi müvafiq sərt addımlar atmalı olacaq. Eyni zamanda nüvə silahları üzərində uyğun nəzarət mexanizmlərinin tapılması, lazımi məqamlarda onların zərərsizləşdirilməsi üçün birgə səylərin göstərilməsi yollarının da axtarılması sammitdən gözləntilərə daxildir. Bundan başqa nüvə tullantılarına yanaşmada ümumi qaydaların müəyyənləşdirilməsi istiqamətində razılaşmaların da əldə olunacağına inam var. Həmçinin əlindəki nüvə silahı ilə dünyanı təhdid edən ölkələrin, xüsusilə Şimali Koreyanın izolyasiya edilməsi, zərərsizləşdirilməsi üçün yollar da axtarılacaq".
Azərbaycanın bu sammitdə iştirakının əhəmiyyətinə gəlincə, Mütəllim Rəhimli deyib ki, ilkin olaraq bu sammitdə Azərbaycan Prezidentinin bir sıra ölkələrin rəhbərləri, o cümlədən ABŞ-ın təmsilçiləri ilə görüşmək, müzakirə etmək imkanları oldu: "İndiki dönəmdə bu olduqca vacib məsələdir. Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri qaldırmaq imkanı baxımından da ölkəmizin bu tədbirdə iştirakı məqbuldur. Digər tərəfdən, Prezident İlham Əliyev dünya ictimaiyyəti, mediası üçün açıq olduğunu, polemikadan qaçmadığını nümayiş etdirmək imkanı əldə etmiş olur. Bu isə kulislərdə həm ona, həm də ölkəmizə qarşı mənfi münasibətlərin formalaşmasının qarşısını almaq üçün yaxşı fürsətdir. Həmçinin nəzərə almaq lazımdır ki, çoxsaylı dövlət və hökumət başçılarının iştirak etdiyi belə tədbirlərdə siyasi, iqtisadi münasibətlərin bazisi yaradılır. Məhz ona görə də, mütləq bu tədbirlərə qatılmaq lazımdır ki, proseslərin içərisində olasan, lazım gəldikdə ona istiqamət verəsən. Bütün bunlardan başqa Azərbaycan bu sammitdə iştirak etməklə dünya üçün təhlükəyə çevrilən və qarşısının alınması üçün ümumi səylər tələb edən sahələrin neytrallaşdrılması üçün fəaliyyətə hazır olduğunu göstərir. Yəni biz bir ölkə olaraq şər qüvvələrin deyil, xeyirin, işığın, haqq-ədalətin yanında olduğumuzu göstərmiş oluruq. Partiya rəsmisi hesab edir ki, sammitdə Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı da məsələ qaldırıla bilər: "Bunu sammitin gedişində biləcəyik. Bu problem təkcə Azərbaycan üçün təhlükə deyil, bütövlükdə regionu təhdid edir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər haqqı çatır ki, bu məsələni qaldırsın. Hətta bu sahədə uğur qazanmaq şansımız da var və dünya ictimaiyyətinin diqqətini bu elektrik stansiyasinın fəaliyyətinə yönəltmək mümkündür. AES-in üzərində xüsusi nəzarət və yaxud, gələcəkdə fəaliyyətinin dayandırılması məsələsini də gündəmə gətirmək olar".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyir ki, Vaşinqtonda keçirilən Nüvə sammitinin tarixi cəmi 6 il, bu günə kimi keçirilmiş iclaslarının sayının isə cəmi 4 olmasına baxmayaraq hər dəfə bütün dünyada ciddi diqqət mərkəzində olur: "2014 cü ildə Haaqada keçirilmiş sonuncu toplantıdan bu günə kimi dünyada baş verən hadisələr onu demyə əsas verir ki, bu toplantı əvvəlkilərdən daha qlobal məsələlərin müzakirəsi ilə yadda qalacaq. Bu səpkili toplantıların digər maraqlı tərəfləri çıxlu sayda hökumət və dövlət başçıları ilə ikitərəfli qapalı görüşlərin olmasıdır. Bu tədbirə 50-ə yaxın dövlət və hökumət başçıları dəvət olunublar ki, onların çoxu istər iqtisadi, istərsə də hərbi cəhətddən güclü dövlətləri təmsil edirlər. Hesab edirəm ki, əsas müzakirələr Yaxın Şərq və Avropada qaçqın problem ətrafında olacaq. Bu problemin özü şox böyük çoğrafiyanı əhatə edir. Rusiya ilə olan problemlər ,
Türkiyədə baş verən terror aktları və PKK silahlılarına qarşı aparılan hərbi əməliyyatlar , hətta Ukrayna məsələsi kimi problemlər də diqqət mərkəzində olacaq. Hesab edirəm ki, bu toplantıda dünyada insan haqları, demokratiya məsələləri , nüvə təhlükəsizliyi ətrafında müzakirələr olsa belə, əsas hədəf kimi ABŞ Yaxın Şərq problemindən sonra yaranmış situasiyanı daha çox diqqəətdə saxlayacaq, daha çox müttəfiqlər qazanmağa cəhdlər edəcək. Rusiyanın bu toplantıya qatılmamasının səbəbi də yəqin ki, budur". Azərbaycamnın bu sammitdə iştirakının əhəmiyyətinə gəlincə AMİP rəsmisi hesab edir ki, 50-yə yaxın dövətin qatıdığı nüvə sammitində nüvə ölkəsi olmayan, müqayisədə kiçik dövlət olan Azərbaycanın iştirakı artıq yaxşı hadisədir: "Digər tərəfdən hesab edirəm ki, bu səpkili toplantılarda anlaşılmazlıqlar daha tez çözülür , qarşılqlı münasibətlərdə inkişaf olur və nəticədə ölkəmizdə daha yumşaq siyasi situasiya əmələ gələ bilər. Həmçinin bu toplantıdan istifadə edərək Qarabağ problemi ilə bağlı da müzakirələr aparılması imkanı olur". Eışən Mustafayev bildirib ki, sammitdə Azərbaycan "Metsamor" AES-lə bağlı məsələ qaldıra bilər: "Bu AES 4 dövətə Azərbaycan, Türkiyə, Gürüstan və İrana ciddi təhlükədir. Hələ Ermənistanın özünə daha artıq. Amma digər dövlətlər Ermənistanın iqtisadi vəziyyətini və bu AES-in onlar üçün əsas enerji mənbəyi olduğunu qeyd edə bilər. O zaman burada söhbət yalnız həmin stansiyanın təhlükəsizliyinin gücləndirilməsi təklifindən gedə bilər. Bağlanmasından yox. Eyni zamanda o, da məlumdur ki, həmin stansiya Rusiya tərəfindən bərpa olunaraq işə salınıb və onlar tərəfindən də idarə edilir. Bunun özü də artıq çox şey deyir. Çünki Ermənistan bu sahədə söz sahibi deyil. Hesab edirəm ki, istənilən halda bu təhlükənin olması vurğulanmalıdır. Hətta onu da demək olar ki, əgər Ermənistan Azərbaycanla münasibətlərini korlamasaydı, o zaman stansiyanın bərpa edilməsinə ehtiyac da qalmazdı. Necə ki, bu gün Gürcüstan enerji problem ilə üz-üzə deyil. Belə də isə Ermənistan ilk növbədə öz əhalisnə təhlükə yaradıb".
Füzuli