Karasin: "Azərbaycan, İran və Rusiya XİN rəhbərləri Bakıda neft məsələsini müzakirə edə bilərlər"

"Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə neft sahəsində koordinasiya məsələsi də müzakirə edilə bilər". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. "Üç nazir toplaşırsa, qadağan olunmuş mövzu ola bilməz. Onlar maraqlı olan bütün məsələləri müzakirə edə bilərlər", - deyə o vurğulayıb. Xatırladaq ki, Sergey  Lavrov, Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarovun iştirakı ilə üçtərəfli görüş aprelin 7-də Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31