İlham Əliyev ABŞ-da bir sıra konqresmenlərlə görüşüb
31 Mart 2016 10:57 SiyasətAzərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.Virtualaz.org dövlət başçısının saytına istinadən bildirir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirilib. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb. Söhbət zamanı "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31