Ermənilər soyqırımçı millətdir
30 Mart 2016 15:59 Siyasət"Ermənilər soyqırımçı bir millətdir. Bunu yaxın və uzaq tarixdə baş verən hadisələr təsdiqləyir". Belə bir açıqlama ilə çıxış edən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (Taddef) İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal "OLAYLAR"-a deyib ki, aradan uzun illər keçsə də, ermənilərin Türklərə, ümumilikdə müsəlmanlara qarşı həyata keçirdikləri soyqırımlar unudulmayacaq". Sərdar Ünsal deyib ki, ermənilərin həyata keçirdikləri soyqırımlar dünyaya daha geniş aspektdə çatdırılmalıdır: "Ermənilərin hər fürsətdə Türklərə qarşı düşmənçilik nümayiş etdirirlər. Bu gün erməni diasporu dünya dövlətlərini öz yalanları ilə aldadaraq qondarma soyqırımın müxtəlif ölkələrin parlamentlərində müzakirəsini, tanınmasını təşkil edirlər. Ona görə də Türkiyə və Azərbaycan diasporu ermənilərin XXI əsrdə, dünyanın gözü qarşısında Xocalıda törətdikləri soyqırımı dünya dövlətlərinin parlamentinə çıxarmalı, onun tanınmasına çalışmalıdır".