Soyqırım qurbanlarımızı unutmamalıyıq
30 Mart 2016 14:11 Siyasət31 mart Azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə erməni qaniçənləri millətindən, dinindən asıllı olmayaraq 10 minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirib. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Lənkərənda və yaxın ərazilərdə dinc əhali xüsusi qəddarlıqla məhv edilib, bəşər tarixində görünməmiş işgəncələrə məruz qalıb. "OLAYLAR"-ın xəbərinə görə, baş vermiş qanlı soyqırımla bağlı fikirlərini bölüşən millət vəkili Azər Badamov bildirib ki, bütün tarix boyu ermənilərin bizə qarşı düşmənçilik hərəkətləri davam edib: "Onlar zaman- zaman belə iyrənc hərəkətlər həyata keçirməyə müvəffəq olublar. Tarixin hər bir dövründə ermənilər öz nəsillərini bizə qarşı belə mundar, Iyrənc, düşmənçilik ruhunda tərbiyyə etməklə yanaşı, özlərini dünyaya yazıq millət kimi tanıdıb. Hələ sovet dönəmində ermənilər İrəvanda erməni soyqırımı abidəsini ucaltmış və özləri işğalçı və qaniçən olduğu halda hamıya ermənilərin soyqırıma məruz qaldıqları haqqında yalançı təbliğat aparıblar. Çox təəsüflər olsun ki, biz, başımıza gətirdikləri belə fəlakətləri tez unuduruq və ona görə də ermənilər zaman- zaman öz bəd niyyətlərini davam etdirmişlər. Kifayət qədər ağrılı-acılı günləri yaşamışıq və ona görə də ermənilərin bizə qarşı törətdikləri cinayətləri, düşmənçiliyi, soyqırım qurbanlarımızı unutmamalıyıq. Hər zaman onları xatırlamalı, gənc nəsillərimizə təbliğ etməliyik".