Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı nəşrlərin təqdimatı keçiriləcək
30 Mart 2016 12:57 SiyasətElmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirəcək. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Fond və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci "Şuşa qrantı" birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr olunmuş "Ermənistanın Azərbaycana təcavüzü" adlı 3 cildlik kitabın və "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)" monoqrafiyasının təqdimat mərasimi martın 31-də baş tutacaq. Tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak edəcək. Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi təşkilati dəstək göstərir.