Rusiya Azərbaycana silah satışını müzakirə etdi
30 Mart 2016 11:30 SiyasətRusiya prezidenti Vladimir Putin martın 29-da Nijni Novqorodda xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyasının iclasını keçirib. Report bildirir ki, iclasda həmçinin MDB ölkələrinə, o cümlədən Azərbaycana silah tədarükü məsələsi müzakirə edilib. Nəşrin yazdığına görə, Rusiya tərəfi Azərbaycana T-90S tankları, BMP-3 piyadaların döyüş nəqliyyat vasitələri, Mi-17B-1 vertolyotları verib. Məlumata görə, eyni zamanda Azərbaycan və Rusiya arasında 18 ədəd Ağır Odsaçan Sistemin (TOS-1A) çatdırılması ilə bağlı müqavilə bağlanılıb. İclas zamanı, həmçinin müqavilələrin həyata keçirilməsi, o cümlədən Azərbaycana BTR-82A təchizatı müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31