Ermənilərdən türklərə qarşı hər zaman istifadə edirlər

Bu gün də Türkiyə Avropa dövlətləri ilə əməkdaşlıq etsə də, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər qursa da, Türkiyəyə qarşı səmimiyyət yoxdur". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, Qərb güclü Türkiyə istəmir: "Tarixən Türkiyənin zəif olmasını istəyiblər və bu gün də o fikirdədirlər. Tarix boyu ruslar və türklər dost ola bilməyiblər. Ruslar və eləcə də Qərb dövlətləri ermənilərdən türklərə qarşı istifadə ediblər. Bu gün torpaqlarımız işğal olunub, bu tək Ermənistanın işi deyil. Təbii ki, erməniyə silah verən, ona dəstək olan dövlətlər məlumdur. Bir sıra böyük dövlətlər bu gün də öz işindədir, ermənilərə dəstək verir. Qərb dövlətlərinin heç biri indiyə qədər Ermənistanı işğalçı kimi tanımayıb. Minsk qrupunun həmsədr dövlətləri də bunu etiraf etmir. Əslində, onlar hər şeyi çox yaxşı bilirlər. Amma işğalçı dövləti dolayısı ilə müdaifə ediblər. Eyni zamanda, ermənilərdən türklərə qarşı hər zaman istifadə edirlər. Bunun ən bariz nümunəsi uydurma "erməni soyqırımıdır". Avropanın bəzi dövlətləri bu uydurma "soyqırımını" tanıyıblar. Hansı ki, Birinci dünya müharibəsinin arxiv sənədləri ABŞ da daxil olmaqla bütün qərb dövlətlərində var. Həmin sənədlərdə soyqırıma dair heç bir fakt yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31