ATƏT sədrinin xüsusi nümayəndəsi: "Ən vacib məsələ təmas xəttində zorakılığın səviyyəsini azaltmaqdır"
30 Mart 2016 10:51 Siyasət"ATƏT-ə sədrlik edən Almaniya həqiqətən Minsk qrupu prosesini gücləndirməyin yollarını araşdırır". Bunu APA-ya ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxler Almaniya sədrliyi dövründə Minsk qrupu ölkələrinin geniş formatda görüşünün keçirilməsi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, bununla yanaşı, Almaniya sədrliyi məsələni irəli aparmaq yollarını müzakirə etmək üçün həmsədrlərlə sıx əlaqədədir: "Ən vacib məsələ isə təmas xəttində və sərhəd boyunca zorakılığın səviyyəsini azaltmaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31