İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 12 milyon manat ayrılıb
29 Mart 2016 18:33 SiyasətAzərbaycan prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31