Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşünün gündəliyi məlum olub
29 Mart 2016 16:26 SiyasətAzərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin bu yaxınlarda Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər məlum olub. XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq. Görüşün dəqiq tarixi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31