Zemfira Litvadakı konsertində söyüş söydü VIDEO

Rusiyanın məşhur müğənnisi Zemfira Litvada konsert verərkən öz fanatlarından tələb edib ki, zaldakı Ukrayna bayraqlarını yığışdırsınlar. korrespondent.net bildirir ki, müğənni bunu həm də çox kobud formada tələb edib."Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Mən sizdən xahiş edirəm, mən sizdən xahiş edirəm, ***** siz öz vətəninizi sevirsiniz, mən də öz vətənimi sevirəm", - deyə Zemfira vurğulayıb.Xatırladaq ki, bu, müğənninin konsertində Ukrayna bayrağı ilə bağlı ilk insident deyil. Təxminən bir il əvvəl konsert zamanı pərəstişkarlarından biri səhnəyə çıxaraq ona Ukrayna bayrağı vermişdi. Onda Zemfira səhnədə həmin bayrağı açaraq alqışlar altında oxumağa davam etmiş, sonra isə onu mikrofonun dayaq hissəsinə bağlamışdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31