Nazarbayevin partiyası qalib gəldi

DünənBu günKapitalDünyaÖlkəÜzbəüzRəylərAktualCəmiyyət

63
Rəylər 21 mart - 02:00

Qazaxıstan şəffaf və ədalətli seçkilər keçirib.

Qazaxıstan KİV-i bildirir ki, bunu sədri olduğu "Nur Otan" partiyasının mərkəzi qərargahına gələn prezident Nursultan Nazarbayev deyib.

Qeyd edək ki, "Exit poll"un nəticələrinə görə "Nur Otan" seçicilərin 82 faizinin səsini qazanıb.

N.Nazarbayev öz tərəfdarlarını qələbə münasibəti ilə təbrik edib və bunu "Bütün Qazaxıstanın qələbəsi" adlandırıb.

Prezident seçkiyə qatılmış digər partiyalara da təşəkkürünü bildirib.

Yeri gəlmişkən, "Nur Otan"la yanaşı "Ak jol" və Kommunist Xalq Partiyası da parlamentə keçib.

"Exit poll"un nəticələrinə görə, "Ak jol" 7,24, Kommunist Xalq Partiyası isə 7,22 faiz səs qazanıb.

Xatırladaq ki, parlamentdəki yerlər uğrunda altı partiya mübarizə aparıb. "Nur Otan" Partiyası 127, "Ak jol" Partiyası 35, "Auıl" Partiyası 19, Kommunist Xalq Partiyası 22, Ümummilli Sosial-Demokrat Partiyası 23 və "Birlik" Partiyası 8 namizədlə seçkilərə qatılmışdı. "Azad" Partiyası isə seçkilərdə iştirakdan imtina etmişdi.

Onu da xatırladaq ki, Qazaxıstan parlamentinin aşağı palatası 107 deputatdan ibarətdir. Ümumxalq səsverməsi ilə 98 mandatın taleyi həll edilir. Seçkilərdə 7 faizlik baryeri aşan partiyaların nümayəndələri parlamentdə təmsil olunmaq hüququ qazanırlar. Qalan 9 mandat Qazaxıstan prezidenti yanında fəaliyyət göstərən məsləhətçi orqan tərəfindən seçilən deputatlar üçün nəzərdə tutulub. Sözügedən seçkiləri martın 21-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31