Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu ABŞ-da görüşü keçirilə bilər

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər. APA-nın məlumatına görə, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti yazıb. Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31