“Multikulturalizmin ünvanı Azərbaycan” mövzusunda məlumat saatı keçirilib
18 Mart 2016 12:17 SiyasətYeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən "Multikulturalizmin ünvanı Azərbaycan" mövzusuna həsr olunmuş məlumat saatı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, məlumat saatında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları və könüllü gəncləri, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdirləri və aparatın əməkdaşları iştirak ediblər. Məlumat saatının birinci hissəsində YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı 3-17 mart 2016-cı il tarixlərində Azərbaycan prezidenti cənab İlham Əliyevin keçirdiyi görüşlər, qəbullar və iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın müxtəlif sahələrdə hərtərəfli inkşafının davam etdirilməsi, beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən görülən işləri, imzalanan bir sıra mühüm fərman, sərəncamları nəzərə çatdırıb. Məlumat saatının ikinci hissəsində
"Multikulturalizmin Azərbaycan nümünəsi" və "Azərbaycanda tolerant mühit" mövzularında məruzələr dinlənilib.