Azərbaycan prezidenti bir sıra tanınmış məhbusu əfv edib

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra məşhur şəxslər azadlığa buraxılıb. Həmin şəxslərin arasında Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov və digər şəxslər var.

Qeyd edək ki, sərəncamla 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31