Azərbaycanın İsraildə səfirliyi nə vaxt açılacaq?
17 Mart 2016 11:27 SiyasətBu gün regionda gedən proseslər və qeyri-subyektiv məsələlər Azərbaycanın İsraildə səfirlik açmaq məsələsini ləngidir". Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib. O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması Milli Məclisin səlahiyyətində olan məsələ deyil. "Bu, parlamentə aid olan məsələ deyil ki, burada biz nəsə edək. Bu yaxınlarda parlament nümayəndə heyəti İsraildə olanda bütün yüksək dairələrdə bu məsələni qaldırmışıq. İsrail tərəfi də səfirliyin açılamasına maraqlıdır. Bu gün regionda gedən proseslər və bir sıra qyeri-subyektiv məsələlər var ki, hələlik Azərbaycanın İsraildə səfirliyinin açılmasını bir az gözləməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31