Səfirlik: Türkiyə Prezidentinin Azərbaycana səfəri ləğv edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ləğv edilib.Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.Qeyd edək ki, R.T.Ərdoğanın martın 15-də Azərbaycana səfəri planlaşdırılırdı. Səfər zamanı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulurdu.Xatırladaq ki, Türkiyə Prezidentinin bundan əvvəl - fevralın 18-də Bakıya planlaşdırılan səfəri də Ankarada baş vermiş terror aktı səbəbindən təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31