Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber martın 15-16-da Azərbaycana səfər edəcək. Aİ-nin xüsusi nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər zamanı H. Salber Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərə xüsusi diqqət yetiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31