Azərbaycanın beynəlxalq nüfuzu artır
lV Qlobal Bakı Forumu ölkəmizin uğurlarını bir daha təsdiq etdi
14 Mart 2016 14:00 SiyasətBir neçə gün öncə Azərbaycanda reallaşan lV Qlobal Bakı Forumu hələ də öz aktuallığını itirməyib. Buna səbəb Forumda müasir dünyanı narahat edən məsələlərin müzakirəsi, mövcud və gözlənilən təhlükələrdən çıxış yolunun araşdılmasıdır. Təkcə Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirak etməsi onun əhəmiyyətini bir daha ortaya qoyur. Onu da qeyd edək ki, Forum təkcə Azərbaycan üçün deyil, eləcə də dünya ölkələri üçün əhəmiyyətli hesab olunur. Düzdür, belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin siyasi çəkisini artırır, ancaq Forumda qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm məsələlərin müzakirəsinin özü dünya ölkələri üçün bir fürsəmd kimi dəyərləndirlir. Təsadüfi deyil ki, siyasi ekspertlər Azərbaycanın artıq dünyada müçahidə olunan qlobal məsələlərin müzakirə olunduğu məkana çevrildiyi qənaətindədirlər. Qətiyyətlə demək olar ki, lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlərin müzakirəsi Azərbaycanın dünyaya açıq olması anlamına gəlir. Eyni zamanda, ölkəmizdə hökm sürən milli və dini tolerantlıq, dayanıqlı iqtisadi inkişaf və insan hüquqlarının təminatı dünya ölkələri üçün bir örnəyə çevrilir. Əks halda beynəlxalq ictimaiyyət Qlobal Açıq Cəmiyyətlər Forumunun dörd dəfə ölkəmizdə keçirilməsini tədqir etməzdi. Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu isə o deməkdir ki, artıq Azərbaycan dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu siyasi mərkəz kimi çıxış edir.
Politoloq Qabil Hüseynli bildirdi ki, lV Qlobal Bakı Forumunun ölkəmiz üçün birinci əhəmiyyəti dünyanın diqqətini Azərbaycana yönəltməkdən ibarətdir: "Bakı artıq dünyanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə edildiyi paytaxt şəhərinə çevrilib. Hansı ki, bu cür missiyanı yerinə yetirən şəhərlərin sayını barmaqla saymaq olar. Bakı artıq beynəlxalq siyasi fikir mərkəzinə çevrilməkdədir. Foruma dünyanın müxtəlif yerlərindən 7 prezident, 70-ə qədər baş nazir və ya xarici işlər naziri ranqında olan insanlar gəlib. Onlar dünyanın bugünkü qlobal problemləri ilə bağlı məsələlərdə fikirlər bildiriblər. Digər tərəfdən qonaqlar qarşısında Qarabağ probleminin müzakirə edilməsi Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Belə müzakirələrdə adətən problemin bütün anatomiyası üzə çıxır. Eyni zamanda Ermənistanın təcavüzkar və danışıqlarda qeyri-konstruktiv mövqeyi forum iştirakçılarının diqqətinə çatdırılır. İştirak edən media nümayəndələri isə bunları bütün dünyaya yayır. Azərabaycan Prezidentinin çıxışının "Euronews" və "Mir" kanalında verilməsi da buna bir misaldır. Amma əsas diqqəti cəlb edən odur ki, dünyanın gələcək düzəni, bu düzəndə ölkələrin, Azərbaycanın oynayacağı rol kimi məsələlər müzakirə edilir. Bütün bunlar onu göstərir ki, fikirlər qərar xarekteri daşımasa da, dünya ictimai rəyinin formalaşmasında böyük rol oynayır". Millət vəkili Azər Badamov bildirib ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq alımdə nüfuzunun artmasına dəlalət edir: "Dünya ölkələri bir araya gələrək Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Forumu keçirir. Amma Bakıda keçirilən Qlobal Bakı Forumu heç də o biri forumlardan geridə qalmır. Əksinə, dünya üçün Qlobal Bakı Forumunun əhəmiyyəti daha böyükdür. 50-dən çox ölkədən 300-dən artıq nümayəndənin iştirak etdiyi bu forumda çox önəmli, müharibələr və iqtisadi böhranların başlanğıcı olan humanitar sahəyə dünyanın diqqəti yönəldilib. Azərbaycan yeganə ölkələrdəndir ki, dünyaya barış mesajları göndərir, multikultarizm və tolerantlığı təbliğ edir. Azərbaycan bu gün hamını düşündürən və həyata keçirməyinə cürət etmədiyi bir missiyanı həyata keçirir. Forumda dünyanı narahat edən bir çox məsələlərin müzakirə olunması və müxtəlif ölkələrdən iştirak edən siyasətçilərin dünyada humanitar sahədə mövcud qlobal problemlərdən danışmasının özü hər şeyi deyir". O ki qaldı Forumun ölkəmiz üçüm əhəmiyyətinə, ekspertlər hesab edirlər ki, Azərbaycan belə tədbirlərdə beynəlxalq və regional təhlükəsizlik məsələlərində, dövlətlərarası münasibətlərdə, münaqişələrin aradan qaldırılması ilə bağlı, eləcə də siyasi, iqtisadi, humanitar əlaqələrin genişləndirilməsində öz təcrübəsini və ənənəsini yaymağa təşəbbüs göstərir. Qlobal Bakı Forumunun ən böyük əhəmiyyətindən biri odur ki, artıq əvvəlki illərdən fərqli olaraq müxtəlif dövlətlərin Azərbaycana marağı artır. Bir sıra ölkələrin prezidentlərinin, o cümlədən dövlət adamlarının, beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirə qatılması, eyni zamanda gələ bilməyən dövlət başçılarının təbrik məktubu, video müraciət etməsi Azərbaycana, onun regionda olan yerinə və roluna verilən qiymətdir. Sirr deyil ki, Azərbaycan işğaldan, terrordan əziyyət çəkən bir ölkədir və bununla yanaşı, qlobal terrorizmə qarşı mübarizə aparan dövlətlər sırasındadır. Ölkəmiz xeyli müddətdir qonşu Ermənistanın həm işğalına, həm də terroruna məruz qalıb. Buna baxmayaraq, Azərbaycan regionda və bölgədə terrordan və işğaldan əziyyət çəkən ölkələrlə həmrəylik nümayiş etdirərək, həm də onlara dəstək olmaq təşəbbüsünü göstərir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi həm Azərbaycanın əldə etdiyi uğurların, həm də problemlərimizin dünyaya çatdırılması baxımından önəmlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, təəssüf ki, ötən ildən bu yana bölgədə olan problemlər həll edilməyib və yeni münaqişə ocaqları yaranıb. Prezident qeyd edib ki, münaqişənin uzanması bölgənin ümumi inkişafına mənfi təsir göstərir. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələrinin icra olunmamasına toxunaraq, bəzi hallarda analoji qətnamələrin bir neçə saat ərzində icrasına başlandığını deyib: "Amma bizim halda qətnamələr illərdir yerinə yetirilmir. XXI əsrdə bu anormaldır. Ermənistan qonşu ölkənin ərazisini işğal edib və sonra da danışıqlarda status-kvonu saxlamaq niyyətindədir. Qətnamələrin yerinə yetirilməməsini həmçinim də həmin qətnamələri qəbul edən ölkələrin problemi kimi də qəbul etmək lazımdır". Dövlət başçısı əlavə edib ki, 90-cı illərin əvvələrində Azərbaycan üzləşdiyi böhrandan çıxdı, dünya iqtisadiyyatının bir hissəsinə çevrildi. Azərbaycan güclü iqtisadiyyat yaratdı, ölkəni xarici investorlar üçün açıq elan etdi. İlham Əliyev bəyan edib ki, hazırda ölkə sabitdir, siyasi və iqtisadi islahatlar davam edir və bunlar paralel şəkildə davam etdirilir: "Azərbaycanda bütün fundamental azadlıqlar qorunur - ifadə etmək, mətbuat, yığıncaq, dini azadlıq təmin edilir. Bizim azad internetimiz var, heç bir senzura yoxdur, vətəndaşların 70 faizdən çoxu internetdən istifadə edir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir. 2004-cü ildən 2014-cü ilə qədər Azərbaycan iqtisadiyyatı dünyada ən çox inkişaf edən iqtisadiyyat olub".
Alim