Erməni nazir: "Qarabağda məğlub olacağıq"
14 Mart 2016 13:55 SiyasətAzərbaycan Qarabağda genişmiqyaslı müharibəyə getməyəcək, lakin Türkiyə və Almaniyanın dəstəyi ilə münaqişəni öz xeyrinə həll etmək istəyir. Publika.az bildirir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan deyib. Keçmiş müdafiə naziri vəziyyətin qorxulu olduğunu və Ermənistanın məğlub duruma düşəcəyini qeyd edib. "Təbii ki, biz Rusiyaya inanırıq, lakin kim zəmanət verə bilər ki, Rusiya Qarabağ müharibəsində Azərbaycanın uduzmağını istəyəcək", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31