Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası alt komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün martın 14-dən 17-dək Fransada səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, qurumun Sosial komitəsinin Parisdə keçirilən iclasında insan hüquqlarının qorunması ilə bağlı etik məsələlər, çirkli pulların yuyulmasına qarşı mübarizə, ictimai sağlamlıqla əlaqədar beynəlxalq vəziyyətin idarə olunması və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sevinc Fətəliyeva AŞPA komitəsinin iclasında "Gənclər və uşaqların radikallaşmasının qarşısının alınması" mövzusunda hazırladığı məruzəni müzakirəyə təqdim edəcək. Daha sonra deputatımız Strasburq şəhərinə yola düşəcək, Uşaqlara qarşı zorakılığın önlənməsi qrupunun iclasında iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31