Nazir: “SOCAR-ın TANAP və digər layihələrdəki payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur”
11 Mart 2016 12:34 Siyasət"Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrdə həm də SOCAR-ın payı var. Bu layihələrin maliyyələşdirilməsində hər hansı problemin yaranacağını düşünmürəm". APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda paneldə energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, SOCAR-ın TANAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur: "Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Onu da qeyd edim ki, TANAP-la bağlı işlərin böyük hissəsi artıq görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31