Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiqləyib
10 Mart 2016 17:56 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsaən Nazirlər Kabineti prezidentin aktlarının bu sənədə uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində ölkə başçısına məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31