Deputatlar “Veysəloğlu” şirkətində
10 Mart 2016 15:36 SiyasətMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyyəti Veysəloğlu Şirkətlər Qrupunda olublar. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkilləri Mahir Abbaszadə və Tahir Mirkişilinin də daxil olduğu nümayəndə heyyətinin Veysəloğlu şirkətinə səfərində məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməkliyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlər ilə yaxından tanış olmaqdır. Deputatlar müəssisənin iş prosesi, sexləri, mövcud imkanları ilə yaxından tanış olub, istehsal etdiyi məhsullara baxış keçiriblər.