Həsən Həsənova Prezidentin fərdi təqaüdü veriləcək

Azərbaycan prezidenti İlham Əliyev Həsən İbrahim oğlu Həsənova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, H. Həsənova Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə fərdi təqaüd verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00