Deputat: “Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada siyasi nüfuzunu artıracaq”

"Cənub Qaz Dəhlizi" layihəsi və onunla bağlı bir neçə gün öncə Bakıda çox yüksək səviyyəli toplantının-Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci yığıncağının keçirilməsi çox mühüm hadisədir". Bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, bu layihə həm də 21-ci əsrin "Əsrin müqaviləsi" hesab edilə bilər. O, deyib ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək: "Bu layihə bütövlükdə Avropanın iqtisadi coğrafiyasını, enerji xəritəsini dəyişməyə qadir olan bir layihədir". Millət vəkili onu da deyib ki, bu layihə Azərbaycanın regionda və dünyada iqtisadi gücünü artırmaqla yanaşı, siyasi nüfuzunu da artıracaq: "Bir sözlə, bu layihə bizim böyük uğurumuz və uduşumuzdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00