Azərbaycanda cəza çəkən 21 iranlı məhbus ölkəsinə təhvil verilib
2 Mart 2016 12:40 SiyasətBu gün 21 iranlı məhbus cəzalarının qalan hissəsini İranda çəkmək üçün ölkəsinə təhvil verilib. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, onların arasında 3 qadın var: "Bu işlər iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən aparılır. Azərbaycan həbsxanalarında olan digər iranlıların da İrana verilməsi ilə bağlı ən yüksək səviyyədə danışıqlar davam etdirilir. Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var, 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır". Məlumata əsasən, təhvilvermə işi Astara sərhəd-keçid məntəqəsində baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00