Hikmət Hacıyev: "Separatçı Dağlıq Qarabağ rejimi üçün pul çapı məsələsi Azərbaycan XİN-in diqqətindədir"

"Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim üçün pul və sikkələrin çapı Xarici İşlər Nazirliyinin diqqətində olan məsələdir". APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev XİN-in hazırladığı "İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər" adlı hesabata dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, məsələ Dağlıq Qarabağda qanunsuz maliyyə və fiskal fəaliyyətlərlə bağlı bölmədə qeyd olunub. "Bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00