Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
2 Mart 2016 12:02 SiyasətMilli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Büro iclasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland və bir sıra vəzifəli şəxslərin çıxışları dinləniləcək, habelə Qazaxıstan, Makedoniya və Serbiyada son parlament seçkilərinin nəticələri ilə bağlı məsələlərə baxılacaq. Qurumun Daimi Komitəsinin yığıncağında miqrasiya, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problemi, vətənindən kənar düşmüş uşaqların vəziyyəti, Avropadakı muzey və kitabxanaların müasir durumu, Kinematoqrafiya istehsalı üzrə Avropa konvensiyasının layihəsi müzakirə olunacaq. Səfər martın 5-də başa çatacaq.