Yanukoviç Ukraynaya qayıtmaq istəyir

Prezident kürsüsündən kənarlaşdırılan Viktor Yanukoviç Ukraynaya qayıtmaq niyyətindədir. Trend xəbər verir ki, bunu sabiq Prezidentin vəkili Vitali Serdyuk Ukraynanın "Qlavkom" portalına müsahibəsində bildirib. O deyib ki, V.Yanukoviçin vətəninə qayıtmağı üçün tələb olunan bütün hüquqi addımlar atılacaq. Vəkil qeyd edib ki, hazırda V.Yanukoviç beynəlxalq axtarışda deyil və azad şəkildə bütün dünya üzrə hərəkət edə bilər: "Amma sabiq Prezidentin həyatı təhlükə altındadır. Ukraynanın aidiyyəti orqanları V.Yanukoviçə qarşı həyata keçirilmış sui-qəsd üzrə istintaqı aparmır və sui-qəsdin təşkilatçılarını cinayət məsuliyyətinə cəlb etmirlər". V.Serdyuk onu da bildirib ki, V.Yanukoviç prezident vəzifəsindən imtina etməyib və özünü ölkə rəhbərliyindən kənarlaşdırmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00