Aşıq Ulduza Prezidentin fərdi təqaüdü verilib
1 Mart 2016 16:25 SiyasətPrezident İlham Əliyev Ulduz Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00