İlham Əliyev Portuqaliyanın yeni Prezidentini təbrik edib
18 Fevral 2016 18:33 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00