İlham Əliyev Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verib
18 Fevral 2016 18:20 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib. Başsağlığında deyilir: "Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00