Ərdoğan Baş Qərargaha getdi
18 Fevral 2016 13:28 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəqiqə əvvəl Baş Qərargaha gedib. Axar.az bildirir ki, Ərdoğan Baş Qərargah rəisi Hulusi Akar və digər hərbi səlahiyyətlilərlə Ankarada baş verən terror hadisəsini müzakirə edəcək. Xatırladaq ki, ötən gün Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb. Terrorçu kamikadzenin suriyalı gənc olduğu aşkarlansa da, onun hansı terror qruplaşmasına aid olduğu hələlik bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00