Prezident İlham Əliyev: "Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır"
18 Fevral 2016 13:18 SiyasətPrezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. "Anadolu" agentliyinin verdiyi xəbərə görə, Azərbaycan prezidenti Ankarada baş vermiş terror hücumunda həlak olanlar üçün başsağlığını çatdırıb. "Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ", - deyə dövlət başçısı vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladıqlarını söyləyən prezident İlham Əliyev mühüm məsələləri əhatə edən və geniş gündəmi olan toplantının yaxın zamanlarda gerçəkləşdiriləcəyini də diqqətə çatdırıb. M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00