Çavuşoğlu: “Terrorla mübarizə məsələsində Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur”
18 Fevral 2016 13:00 Siyasət"Terrorla mübarizədə inandığımız yoldan bizi heç kəs döndərə bilməz". Məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə PKK və PYD-YPG arasında heç bir fərq görmür: "Bu mübarizəmizi hər zaman davam etdirəcəyik. Hər dövlətin öz daxilindəki terror təşkilatlarını təmizləmək ən təbii hüququdur. Sərhəddə yaşayan insanlar orada bizdən terror təşkilatlarını təmizləməmizi istəyir. PKK-dan ən çox təsirlənənlər oradakı kürd qardaşlarımızdır. Terroru təmizləyənə qədər mübarizəmizə davam edəcəyik. Azərbaycanla bu barədə heç bir fikir ayrılığımız yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00