AĞ Partiyanın təsis qurultayı keçiriləcək
18 Fevral 2016 12:47 SiyasətYaxın aylarda AĞ Partiyanın təsis qurultayı keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a AĞ Partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı verib. Bildirib ki, təsis qurultayının may ayında keçirilməsi nəzərdə tutulub: "Hazırda Bakı şəhəri və rayonları üzrə təşkilatlanma prosesi həyata keçirilir. Artıq bir sıra paytaxt rayonlarında bu proses həyata keçirilir. Sonrakı mərhələdə isə təşkilatlanma işləri əyalətlərdə davam etdiriləcək". Tural Abbaslı deyib ki, AĞ Partiyanın təsis edilməsi ilə Azərbaycanın siyasi həyatına bir yenilik gətiriləcək: "AĞ Partiya ölkədə fəaliyyət gstərən bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə maraqlı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00