Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyənin milli müdafiə naziri cənab İsmət Yılmaza və qardaş respublikanın Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, məktublarda bildirilir ki, qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirib: "Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00