Azərbaycan prezidenti “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında olub
17 Fevral 2016 15:57 SiyasətAzərbaycan prezidenti İlham Əliyev "Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı" parkında yaradılan şəraitlə tanış olub. Məlumata görə, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gəncliyin qanadları" abidəsi ucaldılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00